AMB: Maliyyə sektorunun risk üzrə ölçülmüş aktivləri artıb
Azərbaycanda yüksək kreditləşmə dinamikası fonunda maliyyə sektorunda risk üzrə ölçülmüş aktivlər artıb.
“Sizinxeber.az” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) “Maliyyə Sabitliyi hesabatı"nda bildirilib.
Sənədə əsasən, cəmi aktivlərin 7,8 % (3,8 milyard manat) artması fonunda risk üzrə ölçülmüş aktivlərin həcmi 10,3 % (3,3 milyard manat) artıb. Nəticədə risk üzrə ölçülmüş aktivlərin cəmi aktivlərə nisbəti göstəricisi il ərzində 2 faiz bəndi artaraq 67 %-ə çatıb. Risk üzrə ölçülmüş aktivlərin artımı bank sektorunun kreditləşmə fəaliyyəti üzrə aktivliyi şəraitində formalaşıb. Risk üzrə ölçülmüş aktivlərin 93,3 %-i kredit riskləri üzrə, 5,9 %-i əməliyyat riskləri üzrə, 0,8 %-i isə bazar riskləri üzrə formalaşır.
Oxşar xəbərlər
Azərbaycanın sığorta sektorunun aktivləri 2 milyard manata yaxınlaşıb
Azərbaycan bank sektorunun likvid aktivləri bu il 5 % azalıb
Azərbaycan banklarına kontr-tsiklik kapital buferi təyin edilib
"S&P": Azərbaycan növbəti 2 ildə risk qiymətləndirməsinə əsaslanan bank nəzarətinə keçəcək
AMB: Maliyyə sektorunda ən dinamik inkişaf BOKT-larda müşahidə edilir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Erkən pensiya hüququ və məbləğdə artım - Prosedur necədir?
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












