AccessBank biznes müştəriləri üçün innovativ ödəniş həllini təqdim edir
AccessBank müştəriyönümlü strategiyasını davam etdirərək, biznes sahibləri üçün daha bir rahat xidməti – myPOS mobil ödəniş həllini təqdim edir. Bu xidmətin sayəsində smartfon artıq ödəniş terminalı kimi istifadə oluna bilər. Yenilik qlobal rəqəmsal ödəniş sahəsinin lideri olan Visa şirkətinin dəstəyi ilə reallaşdırılıb.
Xidmət haqqında ətraflı məlumat üçün linkə keçid:
https://www.accessbank.az/az/business/pos-ecom/#m-pos
myPOS - tapXphone texnologiyası əsasında hazırlanmış, POS-terminal əvəzinə mobil telefon vasitəsilə ödəniş qəbul etməyə imkan verən sistemdir. Xüsusilə kiçik və orta sahibkarlar üçün nəzərdə tutulub: kafe və restoran sahibləri, gözəllik salonları, çatdırılma xidmətləri, taksi sürücüləri və səyyar satışla məşğul olanlar bu xidmətin rahatlığından yararlana bilərlər. Bunun üçün sadəcə NFC dəstəkləyən Android telefon və tapXphone ilə myPOS tətbiqlərini yükləmək kifayətdir. Əlavə cihaz almağa və ya texniki xidmətə pul xərcləməyə ehtiyac yoxdur.
Müştərilər isə əvvəlki kimi rahat şəkildə təmassız bank kartı, smartfon, ağıllı saat və digər cihazlarla ödəniş edə biləcək.
“AccessBank olaraq müştərilərimizə müasir rəqəmsal iqtisadiyyatın tələblərinə uyğun innovativ həllər təqdim etməyə daim çalışırıq. Kiçik və orta biznes üçün əməliyyat xərclərinin optimallaşdırılması və müştəri məmnuniyyətinin artırılması xüsusilə vacibdir. Bu həll müştərilərimizə yeni imkanlar açır: əlavə avadanlıq xərci olmadan, istənilən vaxt və məkanda ödəniş qəbul edə bilərlər. Bu texnoloji, sərfəli və tam təhlükəsiz bir alətdir və dəyişkən dünyada biznesin inkişafını dəstəkləyir”, - AccessBank nümayəndəsi bildirib.
“Mobil cihazın bank terminalına çevrilməsi texnologiyası artıq dünyanın bir çox ölkəsində özünü doğruldub. Azərbaycanda nağdsız əməliyyatlar sürətlə inkişaf edir və bizneslər yeni ödəniş həllərinə böyük maraq göstərir. Əminik ki, bu birgə həll vasitəsilə AccessBank-ın ölkənin müxtəlif regionlarından minlərlə müştərisi ödənişləri tez, rahat və asan şəkildə qəbul edə biləcək. Bununla yanaşı, tapXphone beynəlxalq ödəniş sistemlərinin bütün təhlükəsizlik tələblərinə cavab verdiyi üçün sahibkarlar əməliyyatların təhlükəsizliyindən əmin ola bilərlər”, - tətbiqin istehsalçıları əlavə edib.
Xidmətə qoşulmaq üçün AccessBank-a müraciət etmək kifayətdir — bankın mütəxəssisləri sizə bütün mərhələlərdə, o cümlədən məsləhətləşmə, qoşulma və tətbiqin qurulması prosesində tam dəstək göstərəcəklər.
Oxşar xəbərlər
Mobile POS — Biznesiniz üçün Mobil POS-terminal - FOTO
AMB: Ödəniş sistemləri üzrə qanuna dəyişiklik ediləcək
Epoint-da Pulqabı ödənişləri! Bütün ödənişlər bir yerdə
Filiala gəlmədən Yelo Mobil POS xidmətinə qoşulun
DİN: “E-Polis” tətbiqi ilə dövlət rüsumlarını daha rahat ödəmək mümkündür
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












