Hesablama Palatası: ARDNF-nin əsas səhm portfelində gəlirlilik göstəriciləri aşağı düşüb
2024-cü ildə Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) əsas səhm portfeli üzrə idarə edilən aktivlərin həcmi artsa da, portfelin gəlirlilik göstəriciləri əvvəlki illə müqayisədə azalıb.
“Report” xəbər verir ki, bu barədə Hesablama Palatasının Fondun 2024-cü il büdcəsinin icrasına dair təqdim etdiyi rəyində bildirilir.
Sənədə əsasən, iri xarici investisiya menecerləri tərəfindən idarə olunan əsas səhm altportfeli üzrə gəlirlilik 2023-cü ildə 22,9 % olduğu halda, 2024-cü ildə 19,8 %-ə enib. Bu, 3,1 faiz bəndi azalma deməkdir.
Ən ciddi azalma isə “UBS EU Ex UK” altportfeli üzrə qeydə alınıb. Bu portfelin illik gəlirliliyi 2023-cü ildə 18 % təşkil etmişdisə, 2024-cü ildə bu göstərici 7,2 %-ə qədər düşüb.
Hesabat dövründə Fond, həmçinin xarici idarəçiyə yeni vəsait yönəldib. Belə ki, 2024-cü ildə yeni investisiya meneceri olaraq “JP Morgan Asset Management” şirkətinə 200 milyon avro məbləğində vəsait ayrılıb. Bu vəsait “JP Morgan Global Research Enhanced Index Equity Fund” fonduna yatırılıb və həmin vəsaitin ARDNF-nin portfelindəki çəkisi 3,5 % təşkil edib.
Qeyd edək ki, Neft fondunun əsas səhm portfeli 2024-cü ildə 17 idarəçi tərəfindən idarə olunub və portfeldəki diversifikasiya Avropa, ABŞ və digər inkişaf etmiş ölkələrin səhmlərini əhatə edib. ARDNF-nin səhm portfelinin dəyəri 15 milyard 980,7 milyon ABŞ dolları təşkil edib. Hesabat ilində səhmlər üzrə ümumi gəlirlilik 17,8 % olub ki, bunun əsas hissəsi kotirovka olunan səhmlər portfeli hesabına formalaşıb.
Kotirovka olunan səhmlər portfeli üzrə gəlirlilik 2024-cü ildə 19,4 % təşkil edib ki, bu da 2023-cü ildəki 23,1 %-lə müqayisədə 3,7 faiz bəndi azdır.
Digər tərəfdən, səhmlərə investisiya yönəldən pay fondları portfeli üzrə gəlirlilik 2024-cü ildə 9,1 % olub, bu isə bir il öncəki göstərici (9,8 %) ilə müqayisədə 0,7 faiz bəndi azdır.
Oxşar xəbərlər
Hesablama Palatası: ARDNF-in valyuta bölgüsündə tarazlaşdırma aparılmayıb
Hesablama Palatası: Neft gəlirləri Dövlət Neft Fondunun büdcə xərclərini tam qarşılamayıb
ARDNF-in “Azerbaijan Rigs” layihəsinin dəyəri 2 dəfədən çox azalıb
Hesablama Palatası ARDNF-ə proqnozlaşdırma mexanizmlərinin təkmilləşdirilməsini tövsiyə edib
Azərbaycan banklarında kredit və depozit portfelləri üzrə dollarlaşma azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












