AMB bank kapitalı və onun adekvatlığının hesablanması qaydalarını dəyişib
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 24 aprel 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Bank kapitalının və onun adekvatlığının hesablanması Qaydaları”nda dəyişiklik edib.
“Report” xəbər verir ki, bununla bağlı AMB-nin sədri Taleh Kazımov yeni qərar imzalayıb.
Qərara əsasən, bundan sonra istehlak krediti xətləri 40 %-lə (kreditə konvertasiya əmsalı – 0,4) kreditə konvertasiya ediləcək. İstehlak krediti xətlərinin istifadə edilməmiş hissəsi (balansdankənar hesablarda uçota alınan) kreditə konvertasiya edildikdən sonra 100 %-lik risk qrupuna aid ediləcək.
Bundan başqa, müqavilə əsasında banka birtərəfli qaydada tam yerinə yetirməmək hüququ verən öhdəliklər – 0 %-lə (kreditə konvertasiya əmsalı – 0) kreditə konvertasiya edilərkən istehlak krediti xətləri nəzərə alınmayacaq.
AMB-nin Hüquq departamentinə bu Qərarın 3 gün müddətində Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdim edilməsi tapşırılıb.
Oxşar xəbərlər
AMB aktivlərin təsnifləşdirilməsinə və mümkün zərərlərin ödənilməsinə dair qaydanı dəyişib
Azərbaycan icbari avtosığorta şəhadətnaməsinin forması və məzmununa dair tələbləri dəyişib
Azərbaycan banklarında likvidlik riskinin idarə edilməsi qaydası dəyişib
Azərbaycan bankları kreditləşmədə davranış modellərindən istifadə edəcəklər
Azərbaycanda sığorta bazarının peşəkar iştirakçılarının reyestrə daxil edilməsi şərtləri açıqlanıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












