HP: Dövlət Turizm Agentliyi 13 mln. manat vəsaiti büdcəyə qaytarmayıb
Dövlət Turizm Agentliyi 12,8 milyon manat vəsaiti büdcəyə qaytarmayıb.
"APA-Economics"in məlumatına görə, Hesablama Palatasının (HP) Dövlət Turizm Agentliyində apardığı audit zamanı dövlət vəsaitlərinin qanunvericiliyə zidd şəkildə idarə olunduğu müəyyən edilib.
Audit nəticəsində məlum olub ki, Agentlik 2022–2024-cü illər ərzində müxtəlif iş və xidmətlər üçün ayrılmış ümumilikdə 12,8 milyon manat vəsaiti akkreditiv hesablarında saxlayıb, lakin bu vəsait qanunla nəzərdə tutulduğu kimi büdcəyə geri qaytarılmayıb.
Xüsusilə qeyd olunub ki, saxlanılmış vəsaitin yalnız 43,5 min manatı geri qaytarılıb, yerdə qalan məbləğ isə müxtəlif illərdə icra olunmuş xidmətlərə görə ödənilib.
Hesablama Palatası bu praktikanın “Büdcə sistemi haqqında” Qanunun pozulması olduğunu, şəffaflığa zidd getdiyini və büdcə intizamını pozduğunu vurğulayıb.
Oxşar xəbərlər
Hesablama Palatası Dövlət Turizm Agentliyində yoxlama aparır
Hesablama Palatası İcbari Tibbi Sığorta Fondunda nöqsanlar aşkarlayıb
Hesablama Palatası Dövlət Turizm Agentliyində 18,5 milyon manatlıq pozuntu aşkarlayıb
Palata: İcbari Tibbi Sığorta Fondu investisiya ilə bağlı pozuntulara yol verib
Hesablama Palatası dövlət əmlakının idarə edilməsində nöqsanlar aşkarlayıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK












