"Aqrarkredit" BOKT-a sözçü təyin olunub
“Aqrarkredit” QSC bank olmayan kredit təşkilatında (BOKT) İctimaiyyətlə əlaqələr şöbəsi yaradılaraq ona müdir təyin edilib.
Qurumdan "Sizinxeber.az"a verilən məlumata görə, bu vəzifə Samir Mansurova həvalə olunub.
O, indiyə qədər BOKT-un İdarə Heyəti sədrinin köməkçisi olub.
"Aqrarkredit” Nazirlər Kabinetinin 14 aprel 2001-ci il tarixli sərəncamı ilə yaradılıb və Səhmdar Kommersiya Aqrar-Sənaye Bankının hüquqi varisidir. “Nizamnamə kapitalında dövlətə məxsus səhmlər olan bankların və bank olmayan kredit təşkilatlarının idarə edilməsində dövlətin iştirakı qaydası haqqında” ölkə Prezidentinin 7 avqust 2009-cu il tarixli fərmanı ilə Maliyyə Nazirliyi “Aqrarkredit”in səhmdarı olaraq çıxış edir. QSC baş ofis və bölgələrdə fəaliyyət göstərən 12 filialdan ibarətdir.
Oxşar xəbərlər
Məmməd Musayev "Aqrarkredit" BOKT-un rəhbərliyindən kənarlaşdırılıb
“Aqrarkredit” BOKT auditor seçir
“Aqrarkredit” BOKT-un dividend ödənişi üzrə proqnoz 5 %-ə yaxın artırılır
“Aqrarkredit”in İdarə Heyətinin yeni tərkibi təsdiq edilib
"Aqrarkredit" BOKT-a məxsus qeyri-yaşayış sahəsi hərraca çıxarılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












