“Makro-fiskal dayanıqlıq” üzrə Alt İşçi qrupun ilk iclası keçirilib
sizinxeber.az xəbər saytı

“Makro-fiskal dayanıqlıq” üzrə Alt İşçi qrupun ilk iclası keçirilib


Maliyyə Nazirliyində “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılmış “Makro-fiskal dayanıqlıq” üzrə Alt İşçi qrupun ilk iclası keçirilib.

Bu barədə "Sizinxeber.az" Maliyyə Nazirliyinə istinadən xəbər verir.

İclasda çıxış edən maliyyə naziri, Alt İşçi qrupun rəhbəri Sahil Babayev bildirib ki, ölkə Prezidentinin 2021-ci il 2 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər” sənədində “Dayanıqlı artan rəqabətqabiliyyətli iqtisadiyyat” prioritetinə uyğun olaraq “Daxili və xarici təsirlərə dayanıqlıq” məqsədi ölkənin əsas dayanıqlı iqtisadi inkişaf istiqamətlərindən biri kimi müəyyən olunub.

Nazir Sahil Babayev fiskal dayanıqlığın təmin olunmasının, strateji valyuta ehtiyatlarının qorunmasının, dövlət maliyyəsinin, o cümlədən dövlət borcunun səmərəli idarəolunmasının əhəmiyyətindən bəhs edərək “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyən edilmiş tədbirlərin uğurla icra olunduğunu diqqətə çatdırıb.

İclasda “2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması ilə bağlı ilkin istiqamətlər və növbəti addımlar müzakirə edilib, müvafiq qurumlar arasında əməkdaşlığın gücləndirilməsi və fəaliyyətlərin koordinasiyalı şəkildə davam etdirilməsi barədə razılıq əldə olunub.

Xatırladaq ki, “Makro-fiskal dayanıqlıq” üzrə Alt İşçi qrupu “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair II Dövlət Proqramı”nın hazırlanması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 30 may tarixli 611 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə Nazirlər Kabinetinin 2025-ci il 18 iyun tarixli 356s nömrəli Sərəncamına əsasən “Azərbaycan Respublikasının 2027–2030-cu illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın hazırlanması məqsədilə yaradılıb.

Oxşar xəbərlər

“İqtisadi artım üzrə işçi qrupu”nun növbəti iclası keçirilib
Sahil Babayev: "Strateji valyuta ehtiyatlarımız 74 milyard dolları keçib"
Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması üzrə İşçi qrupun nəzdində alt işçi qruplar yaradılıb
Sahil Babayev: "Azərbaycan IMF ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
Sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramının hazırlanması ilə bağlı iclas keçirilib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər