Azərbaycan və IMF IV Maddə üzrə məsləhətləşmələrə hazırlıq çərçivəsində görüş keçirib
Bu gün maliyyə naziri Sahil Babayev Beynəlxalq Valyuta Fondunun (IMF) Azərbaycan üzrə missiya rəhbəri xanım Anna Bordonun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
"Sizinxeber.az" nazirliyə istinadən xəbər verir ki, görüşdə ölkədə baş verən makroiqtisadi və makrofiskal proseslər, ilin sonuna və ortamüddətli perspektivlər, eləcə də son dövrlərdə həyata keçirilmiş təşəbbüslər və planlar, həmçinin növbəti ilin əvvəllərində keçirilməsi planlaşdırılan IMF-in IV Maddə üzrə məsləhətləşmələr missiyası ilə bağlı müzakirələr aparılıb.
IMF nümayəndə heyətinə növbəti ortamüddətli dövr üzrə makrofiskal çərçivənin komponentləri, gəlir və xərc siyasətinin əsas istiqamətləri, dövlət maliyyəsinin idarə edilməsi sahəsində həyata keçirilən islahatlar və gözlənilən nəticələr barədə ətraflı məlumat verilib. Tərəflər həmçinin fiskal siyasət sahəsində əsas islahatlar gündəliyi və bu islahatlara BVF-nin mümkün dəstək imkanları barədə fikir mübadiləsi aparıblar.
Görüşdə Azərbaycanla IMF arasında mövcud olan əməkdaşlıqdan məmnunluq ifadə olunub, Azərbaycan hökumətinin bu əməkdaşlığın daha da genişləndirməkdə maraqlı olduğu vurğulanıb. Fond tərəfindən təqdim olunan texniki yardım proqramlarının və məsləhət xidmətlərinin ölkəmizdə makroiqtisadi sabitliyin və fiskal idarəetmənin gücləndirilməsinə mühüm töhfə verdiyi qeyd olunub.
Oxşar xəbərlər
AMB və IMF IV Maddə üzrə məsləhətləşmələr çərçivəsində görülən işləri müzakirə edib
Sahil Babayev: "Azərbaycan IMF ilə əməkdaşlığın genişləndirilməsində maraqlıdır"
AMB və IMF "Maliyyə sektorunun qiymətləndirilməsi" layihəsini müzakirə edib
Sahil Babayev: "Dövlət maliyyəsinin daha səmərəli idarə edilməsi ilə bağlı islahatlara başlanılıb"
Azərbaycan və İsveçrə arasında siyasi məsləhətləşmələr keçirilib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı













