Neft qiymətlərinin ARDNF-nun gəlirlərinə təsiri açıqlanıb
Aparılmış hesablamalara əsasən, Azərbaycan Respublikasının Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə nəzərdə tutulan transfertin tam məbləğdə köçürülməsi şərtilə cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, xam neftin bir barelinin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi dövlət büdcəsinin neft-qaz gəlirlərinin orta hesabla təqribən 100 milyon manat artması və ya azalmasına səbəb olur.
Bu barədə "Sizinxeber.az-Economics" Maliyyə Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi 1 yanvar 2025-ci il tarixinə Dövlət Neft Fondunun aktivlərinin təqribən 0,4 milyard ABŞ dolları artması və ya azalmasına səbəb olması proqnozlaşdırılır.
Qeyd edilib ki, ARDNF-dən dövlət büdcəsinə nəzərdə tutulan transfertin tam şəkildə köçürülməsi və cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, 2024-cü ildə xam neftin bir barelinin qiymətinin 65 ABŞ dolları ssenarisində icmal büdcədə 2,9 milyard manat kəsir, 85 ABŞ dolları ssenarisində isə 1,3 milyard manat kəsir olacağı gözlənilir.
2024-cü ilin yenidən baxılan büdcəsində icmal büdcənin gəlirləri 43,5 milyard manat, o cümlədən icmal büdcənin neft-qaz gəlirləri 19,1 milyard manat proqnozlaşdırılır. Birdirilib ki, cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi icmal büdcənin gəlirləri təqribən 0,8 milyard manat artması və ya azalmasına səbəb olur.
Oxşar xəbərlər
Neft qiymətlərinin Azərbaycanın icmal büdcəsinin gəlirlərinə təsiri açıqlanıb - 4 SSENARİ [xfgiven_updateblue][/xfgiven_updateblue]
Neft qiymətlərinin ARDNF-nin aktivlərinə təsiri açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycan hökuməti builki iqtisadi artımla bağlı proqnozlarını artırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bu ilin sonuna Azərbaycanın dövlət borcu proqnozu açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Gömrük Komitəsi dövlət büdcəsinə köçürmələrinin həcmini açıqlayıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












