Neft qiymətlərinin Azərbaycanın icmal büdcəsinin gəlirlərinə təsiri açıqlanıb - 4 SSENARİ
sizinxeber.az xəbər saytı

Neft qiymətlərinin Azərbaycanın icmal büdcəsinin gəlirlərinə təsiri açıqlanıb - 4 SSENARİ


Xam neftin qiymətinin hər 10 ABŞ dolları dəyişməsi Azərbaycanın icmal büdcəsinin gəlirlərinin təqribən 0,8 milyard manat artması və ya azalmasına səbəb olur.

"Sizinxeber.az" xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin ilin sonuna olan gözləntiləri ilə bağlı arayışında deyilir.

Belə ki, icmal büdcənin gəlirləri 65 ABŞ dolları ssenarisində 0,8 milyard manat (Dövlət Neft Fondunun gəlirlərinin 0,7 milyard manat və dövlət büdcəsinin neft-qaz gəlirlərinin 0,1 milyard manat azalması hesabına) az, 85 ABŞ dolları ssenarisində isə 0,8 milyard manat (Dövlət Neft Fondunun gəlirlərinin 0,7 milyard manat və dövlət büdcəsinin neft-qaz gəlirlərinin 0,1 milyard manat artması hesabına) çox olacağı gözlənilir.

İcmal büdcənin gəlirləri 65 ABŞ dolları ssenarisində 42,7 milyard manat, 70 ABŞ dolları ssenarisində 43, milyard manat, 80 ABŞ dolları ssenarisində 43,9 milyard manat, 85 ABŞ dolları ssenarisində isə 44,3 milyard manat səviyyəsində proqnozlaşdırılır.

Neft Fondundan dövlət büdcəsinə nəzərdə tutulan transfertin tam şəkildə köçürülməsi və cari ilin altı aylıq faktiki daxilolmaları nəzərə alınmaqla, 2024-cü ildə xam neftin bir barelinin qiymətinin 65 ABŞ dolları ssenarisində icmal büdcədə 2,9 milyard manat kəsir, 70 ABŞ dolları ssenarisində - 2,5 milyard mana, 80 ABŞ dolları ssenarisində - 1,7 milyard manat, 85 ABŞ dolları ssenarisində isə 1,3 milyard manat kəsir olacağı gözlənilir.

Oxşar xəbərlər

ARDNF-nin gəlirləri və xərcləri ilə bağlı proqnozlar artırılır
Azərbaycanın icmal büdcəsinin gəlirləri üzrə proqnoz 12 %, xərcləri üzrə proqnoz isə 8 % artırılır
Azərbaycanda neftin büdcə qiyməti 75 dollara qaldırılır
Azərbaycan Mərkəzi Bankı mənfəətindən büdcəyə vəsait köçürəcək
Azad edilmiş ərazilərin bərpasına əhəmiyyətli maliyyə təminatı yaradılacaq – Nazir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle