sizinxeber.az xəbər saytı
sizinxeber.az xəbər saytı
Dövlət Əmək Müfəttişliyi Xidmətinin xərcləri 14 dəfədən çox artıb
2024-cü ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Dövlət Əmək Müfəttişliyi Xidmətinin xərcləri 1,033 milyon manat təşkil edib.
“Sizinxeber.az” Xidmətin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü illə müqayisədə 14,2 dəfə çoxdur.
Ötən il qurumun inzibati xərcləri 852 min manat (11,7 dəfə çox), digər xərcləri isə 182 min manat (kəskin artıb) təşkil edib.
Bu il yanvarın 1-nə Dövlət Əmək Müfəttişliyi Xidmətinin həm aktivləri, həm də balans kapitalı 1,733 milyon manat olub ki, bu da illik müqayisədə 3,9 dəfə çoxdur. Xidmətin öhdəlikləri olmayıb.
Xatırladaq ki, Dövlət Əmək Müfəttişliyi Xidməti 2011-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 1 000 manatdır.
Oxşar xəbərlər
Dövlət Məşğulluq Agentliyi öhdəliklərini kəskin artırıb
DOST Agentliyinin mənfəəti 2 dəfədən çox azalıb
Dövlət Sosial Müdafiə Fondunun mənfəəti 46 % artıb
Əmlak Məsələləri Dövlət Xidmətinin gəlirləri və xərcləri artıb
Auditorlar Palatasının mənfəəti 2 dəfədən çox azalıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













