Qarabağ Dirçəliş Fondunun borc qiymətli kağızlara investisiyaları 20% artıb
Bu il yanvarın 1-nə Qarabağ Dirçəliş Fondunun (QDF) borc qiymətli kağızlara investisiyaları 1 milyard 188,844 milyon manat təşkil edib.
“Report” Fondun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 20 % çoxdur.
QDF-nin borc qiymətli kağızlara investisiyalarının 73,4 %-i və yaxud 873,057 milyon manatı uzunmüddətli (1 il əvvələ nisbətən 30 % çox), 26,6 %-i və yaxud 315,787 milyon manatı isə qısamüddətli (0,7 % az) olub.
İl ərzində Fondun borc qiymətli kağızlara investisiyalarının onun aktivlərindəki payı 6,4 faiz bəndi artaraq 67,1 %-dən 73,5 %-ə çatıb.
Xatırladaq ki, Qarabağ Dirçəliş Fondu Prezident İlham Əliyevin 4 yanvar 2021-ci il fərmanı əsasında yaradılıb. Onun nizamnamə kapitalı 1 milyon manatdır. Fond işğaldan azad edilmiş ərazilərin bərpası, yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyinin göstərilməsini və sərmayələrin cəlb edilməsini, bu sahədə dövlət-özəl tərəfdaşlığının inkişaf etdirilməsini, habelə ölkə daxilində və xaricində zəruri təşviqat işlərini həyata keçirən publik hüquqi şəxsdir.
Oxşar xəbərlər
Qarabağ Dirçəliş Fondunun borc qiymətli kağızlara investisiyaları 50% artıb
Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 43 %-ə yaxın azalıb
Qarabağ Dirçəliş Fondunun xalis mənfəəti 30 % azalıb
Ötən il Qarabağ Dirçəliş Fonduna 80 milyon manatdan çox vəsait ianə olunub
Azərbaycan Mərkəzi Bankı ABŞ ipoteka istiqrazlarındakı aktivlərini azaldıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












