EBRD Azərbaycana ümumi ödəniş və zəmanətləri 324 mln. avro artırıb
Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) Azərbaycanda həyata keçirdiyi ödəniş və təqdim etdiyi zəmanətlərin (Cumulative disbursements and issued guarantees) ümumi məbləği 2025-ci ilin iyul ayında 3 milyard 456 milyon avroya yüksəlib. Başqa sözlə, son bir ayda bu rəqəm 10,3 % vı ya 324 milyon avro artıb.
"Sizinxeber.az-Economics" bu barədə EBRD-yə istinadən xəbər verir. Qeyd edilib ki, bu EBRD-nin ölkədə qeyri-neft iqtisadiyyatının inkişafına, yerli maliyyə institutlarının gücləndirilməsinə və yaşıl iqtisadiyyat layihələrinə yönəlmiş dəstəyinin davam etdiyini göstərir.
Bankın Azərbaycandakı ümumi investisiyası 3 milyard 783 milyon avro, aktiv portfelinin həcmi 991 milyon, əməliyyat aktivləri 717 milyon avro təşkil edir. Aktiv layihələrin sayı 34-dür. Portfelin 38 %-i özəl sektorun, 1 %-i isə səhm investisiyalarının payına düşür.
Qeyd edək ki, Azərbaycan 25 sentyabr 1992-ci ildən EBRD-yə üzv seçilib.
Oxşar xəbərlər
EBRD Azərbaycandakı layihələrin cari portfelini yeniləyib
EBRD Azərbaycandakı cari layihələr portfelini artırıb
EBRD Azərbaycanda cari layihə portfelini yeniləyib
EBRD-nin Azərbaycana ümumi investisiyaları 4,1 mlrd. avroya yaxınlaşıb
EBRD-nin Azərbaycan üzrə investisiya portfelinin həcmi 1 mlrd. manatı ötüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












