Bank sektoru əvvəlki kimi qazana bilmir - mənfəətdə 6%-dən çox azalma
Azərbaycanın bank sektoru bu ilin ilk yarısında 576,6 milyon manat xalis mənfəət əldə edib.
"APA-Economics" bu barədə Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 6,2% azdır.
İlin ilk yarısında bankların əməliyyat gəlirləri 18,5% artaraq 3, 27 milyard manat, əməliyyat xərcləri isə 27,2% artaraq 2,36 milyard manat təşdil edib. Nəticədə əməliyyat mənfəəti 576,6 milyon manata bərabər olub. Başqa sözlə, son bir ildə sektorun əməliyyat mənfəəti 34% və ya 298,9 milyon manat azalıb.
Sektorun xüsusi ehtiyatlara ayırmaları 204,4 milyon manat (19,3 % çox), gözlənilməz gəlirləri 0,5 milyon manat (79,2 % az), mənfəət vergisi ödəmələri isə 134,1 milyon manat (8,05 % çox) manata bərabər olub.
Oxşar xəbərlər
Azərbaycanın bank sektorunun xalis mənfəəti 9 % artıb
Azərbaycanın bank sektorunun xalis mənfəəti 7 % artıb
Azərbaycanın bank sektorunun xalis mənfəəti 15 %-ə yaxın azalıb
Azərbaycanın bank sektorunun xalis mənfəəti 16 % artıb
“Bank VTB Azərbaycan”ın mənfəəti 2,5 mln. manat azalıb - Hesabat
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












