"PAŞA Sığorta" evi yanan müştərisinə ödəniş edib
PAŞA Sığorta şirkəti icbari əmlak sığortalı müştərisinə 14 843 AZN sığorta ödənişi həyata keçirib. Belə ki, sığortalı şəxsin mənzili leysan nəticəsində ciddi ziyana məruz qalmışdı. Sığortalının, yəni ev sahibinin maksimum sığorta təminatı isə 15 000 AZN idi.
Qeyd edək ki, icbari əmlak sığortası ölkə ərazisində yerləşən mənzillərə yanğın, ildırım, qısa qapanma, təbii fəlakət və s. kimi risklərə qarşı sığorta təminatı verir. İllik sığorta haqqı Bakı şəhəri üzrə 50 AZN, Gəncə, Sumqayıt və Naxçıvan şəhərləri üçün 40 AZN, qalan regionlar üçün isə 30 AZN təşkil edir. Sığorta təminatı isə sığorta haqlarına müvafiq olaraq 25 000 AZN, 20 000 AZN və 15 000 AZN olaraq müəyyən olunur.
Hazırda qeyri-həyat sığorta sektorunun bazar payına görə lideri olan PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. "PAŞA Holding" qrupunun üzvü olan PAŞA Sığorta 700.000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi "PAŞA Sığorta" ASC-nin emitentin uzunmüddətli kredit reytinqini və maliyyə dayanıqlılığı reytinqini "BB", reytinq üzrə proqnozu isə “Müsbət” səviyyəsində təsdiqləyib. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
Oxşar xəbərlər
PAŞA Sığorta icbari əmlak sığortalı müştərisinə 14 850 AZN ödəniş edib
PAŞA Sığorta şirkəti icbari əmlak sığortalı müştərisinə 16 572 AZN ödəniş edib
PAŞA Sığorta leysan nəticəsində evinə zərər dəymiş müştərisinə 11 488 manat ödəniş edib
PAŞA Sığorta tərəfindən Tərtərdəki sığortalı yaşayış evlərinə dəymiş zərər ödənilib
PAŞA Sığorta Ailə Gününə özəl olaraq evlərin sığortalanmasında 50 % endirim təklif edir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












