Mərkəzi Bank "Atəşgah" və "Meqa Sığorta"ya məcburi sərəncam verib
Azərbaycan Mərkəzi Bankı (AMB) daha iki sığorta şirkətinə qanunverciliyin tələblərini pozduğu üçün məcburi sərəncam verib.
"Sizinxeber.az-Economics" xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankından bildirilib.
Qeyd edilib ki, "Atəşgah" və "Meqa Sığorta" şirkətlərində AMB tərəfindən monitorinq aparılıb.
Məlum olub ki, sözügedən sığorta şirkətləri müstəqil ekspertlərlə mülki-hüquqi müqavilələri bağlamayıb. Mərkəzi Bank “Sığorta fəaliyyəti haqqında” qanunun 102-ci maddəsinin tələblərinə əsasən, şirkətlərə icrası məcburi sərəncam verilib.
Qeyd edək ki, AMB bundan əvvəl “İpək Yolu Sığorta”, “PAŞA Sığorta”, “Xalq Sığorta” və “Azərbaycan Sənaye Sığorta” ASC-lərə eyni pozuntu halı ilə bağlı, "AtaSığorta"ya isə kibertəhlükəsizlik tələblərinin pozulması faktı ilə bağlı icrası məcburi sərəncam verib.
Oxşar xəbərlər
Mərkəzi Bank daha 2 sığorta şirkətinə icrası məcburi göstəriş verib
Mərkəzi Bank beş sığorta şirkətinə icrası məcburi göstəriş verib
AMB daha iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib
AMB iki sığorta şirkətinə icrası məcburi sərəncamlar verib
Mərkəzi Bank iki sığorta şirkətinə icrası məcburi göstəriş verib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













