İsveçrə Milli Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
sizinxeber.az xəbər saytı

İsveçrə Milli Bankı ilə əməkdaşlığın genişləndirilməsi müzakirə edilib


Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov İsveçrə Milli Bankının sədri Martin Şlegel ilə görüşüb.

APA-Economics” xəbər verir ki, bunu AMB sədri Taleh Kazımov "X" sosial şəbəkəsindəki hesabında bildirib.

İsveçrə Milli Bankının sədri cənab Martin Şlegel ilə Azərbaycana ilk işgüzar səfərində görüşməkdən məmnun olduq.

Görüş zamanı qlobal iqtisadiyyat və maliyyə bazarlarında gedən proseslər, ortamüddətli dövr üçün pul siyasəti və maliyyə sabitliyi üzrə prioritetlər, eləcə də maliyyə sektorunun inkişafına dair rəqəmsal təşəbbüslər ətrafında geniş fikir mübadiləsi apardıq.

Görüşdə həmçinin ölkələr arasında tərəfdaşlığın cari vəziyyətindən məmnunluq ifadə edərək qurumlar arasında əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə etdik”-paylaşımda qeyd edilib.

Oxşar xəbərlər

AMB və Gürcüstan Milli Bankı arasında Memorandum imzalanıb
Azərbaycan İsveçrə ilə bank sektorunda əməkdaşlığın dərinləşdirilməsini müzakirə edib
Azərbaycan Mərkəzi Bankı Gürcüstan Milli Bankı ilə Anlaşma Memorandumu imzalayıb
Azərbaycanda yaşıl taksonomiyanın hazırlanması Dünya Bankı ilə müzakirə edilib
Taleh Kazımov: Maliyyə sektoru iqtisadi artım maliyyələşməsində mühüm rol oynayır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər