"Unibank"ın İdarə Heyətinin sədri vəzifəsindən ayrılıb
“Unibank” ASC-nin İdarə Heyətinin sədri Fərid Abuşov vəzifəsində ayrılıb.
Bu barədə "APA-Economics"ə bankdan bildirilib.
Məlumata görə, Fərid Abuşov öz istəyi ilə bankdan ayrılıb.
Qeyd edilib ki, Bankın səhmdarlarının İllik Ümumi Yığıncağının qərarına əsasən, Bankın İdarə Heyəti yenidən formalaşdırılıb. Qəbul edilmiş qərar Bankın korporativ idarəetmə strukturunun təkmilləşdirilməsi və gələcək inkişaf hədəflərinə uyğunlaşdırılması məqsədini daşıyır.
Təsdiqlənmiş tərkibə əsasən, İdarə Heyəti sədrinin müavini Heybət Qədirov müvəqqəti olaraq İdarə Heyətinin sədri vəzifəsini icra edəcək. Heybət Qədirov 2008-ci ildən Unibank komandasının üzvüdür. Bu təyinatadək müxtəlif vəzifələrdə çalışıb.
Yeni tərkibə əsasən, İdarə Heyətinin digər üzvləri isə Baş Maliyyə İnzibatçısı Faiq Zeynalov və Baş Risk İnzibatçısı Andrey Qrabdır.
Oxşar xəbərlər
Unibank rəhbərliyində yeni təyinat olub
“Azər-Türk Bank” sədrinin birinci müavini bankdan ayrılıb
"VTB Bank Azərbaycan"ın İdarə Heyətinin üzvü bankdan ayrılıb
"Azərbaycan Sənaye Bankı"nın rəhbərliyinə yeni təyinatlar olub
“Azərbaycan Sənaye Sığorta”nın sədri şirkətdən ayrılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
İran Hörmüz boğazını yenidən bağladı
-
"Qarabağ"ın Avstriya təlim-məşq toplanışı proqramında dəyişiklik edilib
-
Britaniyada iki qatar toqquşub, 89 nəfər yaralanıb
-
Pezeşkian müharibənin dayandırılmasında köməyə görə Pakistana təşəkkür edib - YENİLƏNİB
-
Navrotski Zelenskinin Ağ Qartal Ordenindən məhrum edilməsi qərarına aydınlıq gətirib
-
"Bloomberg": Britaniya Ukrayna üçün uzaqmənzilli raketlər hazırlayır
