Dünya Bankı Qazaxıstanda karbon bazarının inkişafı üçün 4,8 milyon dollar ayırıb
Dünya Bankı Qazaxıstanda tullantıların kvotası üzrə ticarəti sisteminin inkişafına və karbon qiymətlərinin müəyyən edilməsi mexanizmlərinin ölkənin iqtisadi strategiyasına inteqrasiyasına yönəlmiş “Bazarın Reallaşdırılması üzrə Tərəfdaşlıq” (PMI) layihəsinin həyata keçirilməsi üçün 4,8 milyon ABŞ dolları məbləğində qrant ayırıb.
“Sizinxeber.az” banka istinadən xəbər verir ki, layihə Qazaxıstanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi və ölkənin karbon bazarının operatoru olan “Jasıl Damu” SC ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir.
Layihə 2028-ci il iyunun 30-dək həyata keçiriləcək.
Qeyd edək ki, Qazaxıstan istixana qazları emissiyalarının ticarət sistemini tətbiq edən ilk Mərkəzi Asiya ölkəsi olub. Bu sistemin gücləndirilməsi və modernləşdirilməsi onun effektivliyinin artırılması və beynəlxalq standartlara uyğunluğu üçün əsasdır.
Layihəni maliyyələşdirən PMI Etimad Fondu ölkələrə öz iqtisadi prioritetlərinə uyğun olaraq karbon qiymətləri alətlərini inkişaf etdirməyə, sınaqdan keçirməyə və tətbiq etməyə kömək edir.
Oxşar xəbərlər
ADB Pakistanın enerji infrastrukturunun modernləşdirilməsi üçün 200 milyon ABŞ dolları ayırıb
Dünya Bankı Xəzər dənizinin təmizlənməsi üzrə layihəni maliyyələşdirəcək
ABŞ və Dünya Bankı Ukraynaya 485 milyon dollar ayırıb
Dünya Bankı Ukraynaya 454 milyon dollar ayıracaq
ADB Sumqayıt-Yalama dəmir yolunun bərpasına əlavə 130 milyon ABŞ dollarından çox vəsait ayırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”












