İSB Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə mediatur təşkil edib
İcbari Sığorta Bürosu (İSB) Azərbaycanda Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə media nümayəndələri üçün tur təşkil edib.
"Report" xəbər verir ki, Quba şəhərinə baş tutan mediaturun məqsədi jurnalistləri icbari sığorta sahəsində aparılan islahatlar, tətbiq olunan yeni strategiyalar və innovativ yanaşmalar barədə məlumatlandırmaq, media ilə əməkdaşlığı gücləndirmək olub.
Tədbirin açılışında çıxış edən İSB-nin İcraçı direktoru Vüsal Məsiyev media nümayəndələrini salamlayaraq mətbuatın milli dəyərlərin qorunması və ictimai şüurun formalaşdırılmasındakı rolunu yüksək qiymətləndirib: “Milli mətbuatımızın 150 illik yubileyi ərəfəsində belə bir tədbirin təşkili xüsusi əhəmiyyət daşıyır. İcbari sığorta sahəsində maarifləndirmə işlərinin genişləndirilməsində medianı mühüm tərəfdaş hesab edirik. Bu cür təşəbbüslər jurnalistlərin peşəkar inkişafına dəstək olmaqla yanaşı, vətəndaşların sığorta mövzusunda məlumatlılıq səviyyəsinin artırılmasına da xidmət edir”.
Sonra İSB-nin Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova İSB-nin 2025-2027-ci illərdə Sığorta Sektorunun İnkişaf Strategiyasının təqdimatını keçirib.
Büronun digər rəhbər şəxsləri İSB-nin fəaliyyət istiqamətləri barədə media nümayəndələrinə maarifləndirici məlumat veriblər.
Təqdimatdan sonra müzakirələr aparılıb, media nümayəndələrinin sualları cavablandırılıb.
Tədbirin sonunda iştirakçılara xatirə hədiyyələri təqdim olunub və xatirə şəkilləri çəkilib.
Oxşar xəbərlər
Ziya Əliyev: "Azərbaycanda icbari sığorta üzrə penetrasiya səviyyəsını 100 %-ə çatdırmaq mümkündür"
Azərbaycanın sığorta sektorunda ehtiyatların müəyyənləşdirilməsi üçün metodalogiya hazırlanacaq
İcbari tibbi sığorta fondunun 2025-ci il büdcəsi təsdiqlənib
MM milli mətbuatın 150 illik yubiley medalının təsis olunmasını qəbul edib
Azərbaycanda II Sığorta Festivalı keçiriləcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













