Azərbaycanın sığorta sektorunda ehtiyatların müəyyənləşdirilməsi üçün metodalogiya hazırlanacaq
sizinxeber.az xəbər saytı

Azərbaycanın sığorta sektorunda ehtiyatların müəyyənləşdirilməsi üçün metodalogiya hazırlanacaq


İcbari Sığorta Bürosu sığorta sektoru üzrə tələb olunan ehtiyatların müəyyən edilməsi və onlara nəzarət edilməsi üçün metodalogiya hazırlayacaq.

"Report" xəbər verir ki, bunu Büronun Biznesin İnkişafı Departamentinin rəhbəri Xanım Camalova Azərbaycanda Milli Mətbuatın yaranmasının 150 illiyi münasibətilə təmsil etdiyi qurumun media nümayəndələri üçün təşkil etdiyi mediaturda bildirib.

Onun sözlərinə görə, həmçinin zəruri məlumatların dövri əldə edilməsi, ödəmə qabiliyyətli risk reytinqinin izlənməsi, risk senarilərinə uyğun tədbirlər planının hazırlanması və kommunikasiya edilməsi nəzərdə tutulur.

X.Camalova qeyd edib ki, korporativ mədəniyyət və İdarəetmə sistemlərinin yenidən qurulması istiqamətində layihə əsaslı idarəetmə, insan resursları siyasətinin yenilənməsi, beynəlxalq akkreditasiyaların əldə edilməsi, kargüzarlıq və arxiv işinin təkmilşdirilməsi, inzibati idarəetmənin gücləndirilməsi, hüquqi mərkəzin yaradılması kimi fəaliyyətlər icra ediləcək.

Oxşar xəbərlər

Ziya Əliyev: "Azərbaycanda icbari sığorta üzrə penetrasiya səviyyəsını 100 %-ə çatdırmaq mümkündür"
Mərkəzi Bank sığorta sektoru üzrə atılacaq addımları açıqlayıb
Azərbaycan sığortaçıları müştərilərinin tarixçələrini əldə edə biləcəklər
Elektromobil sahiblərinin NƏZƏRİNƏ - Yeni qərar İMZALANDI
“Banklarda korporativ idarəetmə Standartlarına dair Tövsiyələr” təsdiqlənib

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər