Azərbaycanın sığorta sektorunda investisiya gəlirlərinin artırılması üçün yeni modellər hazırlanır
sizinxeber.az xəbər saytı

Azərbaycanın sığorta sektorunda investisiya gəlirlərinin artırılması üçün yeni modellər hazırlanır


İcbari Sığorta Bürosu Azərbaycanın sığorta sektorunda investisiya gəlirlərinin artırılması üçün yeni modellər hazırlayır.

"Report" xəbər verir ki, bunu Büronun İcraçı direktoru Vüsal Məsiyev bildirib.

"Sığorta sektoruna investisiya ilə bağlı indiyə qədər müəyyən proseslər gedirdi. Hazırda həmin investisiya qaydalarına himayəçilər olaraq daha da səmərəli istifadə və qazanc yollarının yeni modelini hazırlayırıq. Onların bir qismi artıq müzakirə edilib. Günümüzdə investisiya elədir ki, hər gün maliyyə bazarlarındakı vəziyyətlə bağlı dəyişir. Dünya maliyyə bazarlarındakı dəyişikliklərə daha operativ və daha sürətli cavab verə bilən modellər üzərində işləyirik. Bu prosesi daha konservativ aparırıq. Bu investisiya gəlirlərini daha maksimal şəkildə əldə etmək məqsəddir. Yəni investisiya gəlirlərimizin daha da artırılması yolları üzərində işləyirik", - deyə o qeyd edib.

Oxşar xəbərlər

Ruslan Xəlilov: "İnvestisiya şirkətlərində müştəri hüquqlarını qorumaq üçün yeni qaydalar hazırlanır"
AMB: Yeni maliyyə alətlərinə investisiya qoyulması planlaşdırılmır
Vüsal Məsiyev: “Yaşıl kart” sığorta sistemi tam elektronlaşdırılıb"
BFB: İnstitusional investorlar uzunmüddətli istiqrazlara investisiya qoymur
Azərbaycan İnvestisiya Holdinqi sığortaçı seçir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər