Vüsal Məsiyev: “Yaşıl kart” sığorta sistemi tam elektronlaşdırılıb"
Azərbaycanda “Yaşıl kart” sığorta sisteminin tam elektronlaşdırılması prosesi tamamlanıb.
“Sizinxeber.az” xəbər verir ki, bunu İcbari Sığorta Bürosunun icraçı direktoru Vüsal Məsiyev bildirib.
Onun sözlərinə görə, bu dəyişikliklər xaricdə rəsmiləşdirilən bu tip kartların əlçatanlığını artıraraq sığorta sektorunda müasir texnoloji həllərin tətbiqini sürətləndirib.
"İndiyə qədər sığortalılara təqdim olunan kağız daşıyıcılarda olan sığorta müqavilələri tamamilə elektron formata keçirilib. Eyni zamanda, yeni sistem çərçivəsində sığorta müqavilələrinin QR kod vasitəsi ilə yoxlanılması da mümkündür. Elektronlaşdırma prosesi sənəd saxtakarlığının qarşısını almağa və əməliyyat sürətini artırmağa töhfə verəcək", - deyə icraçı direktor qeyd edib.
Oxşar xəbərlər
Elektromobil sahiblərinin NƏZƏRİNƏ - Yeni qərar İMZALANDI
Ziya Əliyev: "Azərbaycanda icbari sığorta üzrə penetrasiya səviyyəsını 100 %-ə çatdırmaq mümkündür"
Azərbaycan sığortaçıları müştərilərinin tarixçələrini əldə edə biləcəklər
Azərbaycanda II Sığorta Festivalı keçiriləcək
İSB: “Yaşıl Kart” xidməti işğaldan azad edilmiş əraziləri də əhatə edəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













