Ruslan Xəlilov: "İnvestisiya şirkətlərində müştəri hüquqlarını qorumaq üçün yeni qaydalar hazırlanır"
"Bakı Fond Birjası" QSC (BFB) Azərbaycandakı investisiya şirkətlərində müştəri hüquqlarının qorunmasına dair yeni qaydalar hazırlayır.
"Report" xəbər verir ki, bunu BFB-nin İdarə Heyətinin sədri Ruslan Xəlilov bildirib.
"Əgər hər hansı investisiya şirkəti müştərinin portfelini (paketini) idarə edirsə və həmin şirkət defolt vəziyyətinə düşürsə, bu zaman müştəri hüquqlarının qorunması məsələsi gündəmə gəlir. Bu məsələ təkcə banklarla bağlı deyil", - deyə o qeyd edib.
R.Xəlilovun sözlərinə görə, həm bankların, həm də investisiya şirkətlərinin öhdəlikləri və müştəri qarşısında məsuliyyət mexanizmləri fərqlidir: "Məsələn, Əmanətlərin Sığortalanması Fondu 100 min manata qədər bank əmanətlərinə sığorta təminatı verir. Lakin investisiya alətlərinə, xüsusilə də səhmlərin qiymətlərinin dəyişməsinə qarşı bu cür mexanizmlər mövcud deyil. Belə hallarda risklərin idarə olunması üçün fərqli bazar alətləri – məsələn, fyuçerslər, opsionlar, svoplar kimi törəmə maliyyə alətləri tətbiq edilir”.
O əlavə edib ki, hazırda bu cür sığorta və riskə qarşı müdafiə mexanizmləri Azərbaycanın daxili bazarında geniş yayılmayıb: “Bunlar daha çox inkişaf etmiş maliyyə bazarlarında istifadə olunur. Lakin sistem əhəmiyyətli subyektlər üçün bu mexanizmlərin tətbiqi olduqca vacibdir, bu istiqamətdə mərkəzi bankların marağı çoxdur".
Oxşar xəbərlər
Azərbaycandakı investisiya şirkətlərinin müştəri aktivləri 2 milyard manata yaxınlaşıb
Azərbaycanın investisiya şirkətlərinin aktivləri 200 milyon manatı keçib
BFB sədri: "Repo investisiya aləti kimi bazarda düzgün likvidlik idarəçiliyini pozur"
Azərbaycanda "İnvestisiya şirkətinin davamlı kapital tələbləri haqqında Qaydalar" hazırlanıb
BFB: İnstitusional investorlar uzunmüddətli istiqrazlara investisiya qoymur
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













