Lisenziyası ləğv olunan bankda hesabı olan vətəndaşlar “Nağd pul ofisi”nə müraciət edə biləllər
Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən tədavülə yararsız və zədələnmiş milli pul nişanlarının dəyişdirilməsi, ekspertizaya təqdim edilməsi, eləcə də yubiley və xatirə pul nişanlarının alışı ilə bağlı əhalinin müraciətlərinin operativ şəkildə qarşılanması və vətəndaş məmnunluğunun yüksəldilməsi məqsədilə “Nağd pul ofis”lərinin fəaliyyəti davam etdirilir.
Bankdan “APA-Economics”ə verilən məlumata görə, vətəndaşlar Mərkəzi Bankın Bakı şəhəri, Bülbül prospekti 27 ünvanındakı inzibati binasında yerləşən xidmət ofisinə həftənin II, III və IV günləri saat 10:00-dan 13:00-dək, eləcə də Naxçıvan, Yevlax, Gəncə, Biləsuvar, Quba şəhərlərində yerləşən ərazi idarələrinə həftənin bütün iş günləri saat 10:00-dan 16:00-dək tədavülə yararsız milli pul nişanlarının dəyişdirilməsi, ekspertizaya təqdim edilməsi, eləcə də yubiley və xatirə pul nişanlarının alışı üçün müraciət edə bilərlər.
Eyni zamanda, “Naxçıvanbank” ASC-nin yenidən təşkili prosesində hesablarında olan vəsaitlərin hesabdan çıxarılması üçün müraciət etməyən fiziki şəxslər, fərdi sahibkar və hüquqi şəxslər üçün hesab qalıqlarının əldə edilməsi ilə bağlı Mərkəzi Bankın Naxçıvan MR İdarəsi ilə yanaşı, Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərən “Nağd pul ofisi”nə də müraciət etmək imkanı yaradılıb.
Oxşar xəbərlər
“Naxçıvanbank”dakı hesablardan vəsaitlərin çıxarılması ilə bağlı “Nağd pul ofisi” təşkil edilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
“Naxçıvanbank”ın lisenziyası ləğv edilib, bank BOKT-a çevrilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
XI Qlobal Bakı Forumu başa çatıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Zurabişvili hakim partiyanı “gürcü kabusu” adlandırıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yeniyetmələrin “Son zəng” günü avtoxuliqanlıq etmələri ilə bağlı tədbirlər görülüb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












