Azərbaycandan İspaniya iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2 dəfədən çox artıb
sizinxeber.az xəbər saytı

Azərbaycandan İspaniya iqtisadiyyatına yatırılan investisiyaların həcmi 2 dəfədən çox artıb


2025-ci ilin I rübündə Azərbaycandan İspaniya iqtisadiyyatına yönəldilən birbaşa investisiyaların məbləği 20 milyon 896 min ABŞ dolları təşkil edib.

Sizinxeber.az-Economics” Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.6 dəfə və ya 12.9 milyon ABŞ dolları artıb.

Qeyd edək ki, hesabat dövründə İspaniyadan Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa investisiyaların miqdarı 1 milyon 80 min ABŞ dolları olub.

Xatırladaq ki, bu ilin I rübündə Azərbaycandan xarici iqtisadiyyata yönəldilmiş birbaşa investisiyaların həcmi 315 milyon 116 min ABŞ dolları, Azərbaycana yönəldilən birbaşa xarici investisiyaların məbləği isə 1 milyard 519 milyon ABŞ dolları təşkil edib.

Oxşar xəbərlər

Azərbaycan I rübdə Gürcüstana birbaşa investisiyaları iki dəfəyədək artırıb
Azərbaycan bu il xalis maliyyə öhdəliklərini 2 milyard dollardan çox azaldıb
Ötən ay Azərbaycan iqtisadiyyatına 787 mln. manat investisiya yatırılıb
Azərbaycan bu il xalis maliyyə aktivlərini 1,3 milyard dollardan çox artırıb
Azərbaycan iqtisadiyyatına yatırılan xarici investisiyaların həcmi 27 %-dən çox artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər