SOCAR-la “KazMunayGaz” arasında Qazaxıstan neftinin Azərbaycandan tranzit həcminin artırılması müzakirə edilib
sizinxeber.az xəbər saytı

SOCAR-la “KazMunayGaz” arasında Qazaxıstan neftinin Azərbaycandan tranzit həcminin artırılması müzakirə edilib




Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Qazaxıstanın “KazMunayGaz” Milli Şirkəti arasında Qazaxıstan xam neftinin Azərbaycan ərazisindən tranzit həcminin artırılması və ticarəti məsələləri müzakirə edilib.

Sizinxeber.az-in SOCAR-a istinadən verdiyi məlumata görə, bu barədə SOCAR prezidenti Rövşən Nəcəf və “KazMunayGaz”ın İdarə Heyətinin sədri Asxat Xasenov arasında keçirilən görüşdə bildirilib.

Görüşdə şirkətlər arasında strateji tərəfdaşlıq əlaqələrinin dinamik inkişafından məmnunluq ifadə olunub.

Tərəflər SOCAR ilə “KazMunayGaz” arasında qarşılıqlı faydalı əməkdaşlıq əlaqələrin genişləndirilməsi istiqamətində görülən işləri nəzərdən keçirib, müxtəlif məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

Nümayəndə heyəti “Azərtrans” və “Səngəçal” terminallarına səfər edərək, burada yaradılan şərait və texnoloji proseslərlə tanış olub.

Sizinxeber.az

Oxşar xəbərlər

SOCAR və “KazMunayGaz” Qazaxıstan neftinin Azərbaycandan tranzit həcminin artırılmasını müzakirə edib
SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib - FOTO
SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib
SOCAR və “Özbəkneftqaz” birgə təhsil proqramı təşkil edir
SOCAR prezidenti: “Enerji keçidi məsələsi bütün maraqlı tərəflərin əməkdaşlığını tələb edir”

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər