SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib - FOTO
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və Fransanın “TotalEnergies” şirkəti yaşıl enerji sahəsində əməkdaşlığın genişləndirilməsini müzakirə edib.
Sizinxəbər.Az bu barədə SOCAR-a istinadən xəbər verir.
Məlumata görə, Azərbaycan Dövlət Neft Şirkətinin prezidenti Rövşən Nəcəf “TotalEnergies” şirkətinin Avropa regionunda kəşfiyyat və hasilat üzrə baş vitse-prezidenti Jean-Luc Guiziou ilə görüşüb.
Görüşdə SOCAR ilə “TotalEnergies” şirkəti arasında uzunmüddətli səmərəli əməkdaşlıqdan, o cümlədən “Abşeron” qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi mərhələsi üzrə işlərin uğurla yekunlaşdırılmasından məmnunluq ifadə olunub.
Tərəflər “Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənilməsi, həmçinin “TotalEnergies” və SOCAR arasında dronlar vasitəsilə metan qazının aşkarlanması və ölçülməsi kampaniyalarının həyata keçirilməsinə” dair Əməkdaşlıq Sazişi üzrə görülən işləri nəzərdən keçiriblər.
Görüşdə neft-qaz, yaşıl enerji, dekarbonizasiya sahələrində əməkdaşlığın genişləndirilməsi imkanlarına və qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.
Sizinxəbər.Az
Oxşar xəbərlər
SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR-ın kollektivi ulu öndər Heydər Əliyevin məzarını ziyarət edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıda dəm qazı normadan yüksək olub [xfgiven_updateblue][/xfgiven_updateblue]
Azərbaycanla BƏƏ-nin “Masdar” şirkəti arasında sənədlər imzalanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rövşən Nəcəf akademik Xoşbəxt Yusifzadənin vəfatı ilə bağlı başsağlığı verib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi














