SOCAR dünyada ilk dəfə neft çıxarılan yatağın gələcək perspektivlərini müzakirə edib - FOTO
Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azneft” İstehsalat Birliyində “Bibiheybət” yatağının gələcək perspektivləri müzakirə edilib.
Bu barədə report-a “Azneft”dən məlumat verilib.
Bildirilib ki, “Azneft”in baş direktoru Əli Qurbanovun iştirakı ilə “Bibiheybətneft” Neft-qazçıxarma İdarəsinin (NQÇİ) istehsalat sahələri və yeni salınan yaşıllıq zonalarına baxış keçirilib.
İstehsalat müşavirəsində “Bibiheybət” yatağının gələcək perspektivləri araşdırılıb.
Qeyd edək ki, Bakı şəhərindən 2 km cənub-qərbdə yerləşən “Bibiheybət” yatağının eni 3 km, uzunluğu isə 5,5 km-dir. 1846-cı ildə dünyada ilk dəfə olaraq, sənaye üsulu ilə ilk neftin Bibiheybətdə çıxarılması tarixi mənbələr, xüsusilə Rusiyanın Mərkəzi Dövlət Tarix Arxivindən tapılmış sənədlər əsasında sübut olunub. Həmin ilin yanvarında “Bibiheybət” yatağında iki quyunun qazılmasına başlanılır. Quyulardan biri 21 metr dərinlikdən neft verir və bununla da, dünyada sənaye üsulu ilə neft hasilatının əsası qoyulur.
“Bibiheybət” yatağının təsdiq olunmuş sonuncu neft və qaz ehtiyatlarının təkrar hesablanması 1952-ci ildə aparılıb və ötən müddət ərzində burada çoxlu sayda yeni quyular qazılıb. 2003-cü ildən yataqda mikrobioloji təsir həyata keçirilməyə başlanıb. Bu üsulla təsirin əvvəlindən cəmi 31 min ton neft artımı olub. Yataq SOCAR-ın “Azneft”in Bibiheybətneft NQÇİ istismar edir.
Oxşar xəbərlər
SOCAR dünyada ilk dəfə neft çıxarılan yatağın gələcək perspektivlərini müzakirə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR “Günəşli" yatağında yeni hasilat quyusunu istismara verib [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR "Günəşli" yatağında yeni hasilat quyusunu istismara verib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR “Günəşli" yatağında yeni hasilat quyusunu istismara verib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
SOCAR və “TotalEnergies” yaşıl enerji sahəsində əməkdaşlığı müzakirə edib - FOTO [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi















