Bu ilin I rübündə qatarla daşınan qida məhsullarının həcmi artıb
sizinxeber.az xəbər saytı

Bu ilin I rübündə qatarla daşınan qida məhsullarının həcmi artıb


Bu ilin mart ayında qatarla 157 min tona yaxın qida sənayesi məhsulları daşınıb.

"Report" xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-nin (ADY) məlumat yayıb.

Bildirilib ki, bu, keçən ilin müvafiq dövründən 51% çoxdur.

Eyni zamanda, analoji məhsulların 2026-cı ilin birinci rübü üzrə daşınması 325 min tona yaxın təşkil edib və ötən ilin eyni dövrünü 9% üstələyib.

Qeyd edilib ki, qida sənayesi məhsullarının tranzit daşımaları da bu ilin birinci rübündə 21% (139,7 min ton), mart ayında isə 64% (67,3 min ton) artıb.

Oxşar xəbərlər

Martda dəmir yolu ilə yükdaşımalar artıb
"Azərbaycan Dəmir Yolları" sərnişin daşınmasını 10 %-dən çox artırıb
ASCO-nun bərə gəmiləri ilə martda 3 400-dən vaqon daşınıb
Aktau və Kurık limanları vasitəsilə İrana Qazaxıstan taxılının daşınması yanvarda 23 dəfə artıb
Azərbaycanda qatarla sərnişindaşıma sentyabrda 29 % artıb

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər