Maaş və pensiyalar bu tarixdə artırılacaq - AÇIQLAMA
sizinxeber.az xəbər saytı

Maaş və pensiyalar bu tarixdə artırılacaq - AÇIQLAMA




Azərbaycanda pensiya və maaşların  artırılması gündəmdə olsa da artım faizinin hansı aralıqda olacağı müzakirə mövzusudur. 

Mövzu ilə bağlı iqtisatçı ekspert Xalid Kərimli Sizinxeber.az-ə bildirib ki, pensiya artımı hər il olur:

"Muzdlu işçilərin orta illik əmək haqqı neçə faiz artırsa, həmin rəqəm qədər də pensiyalar artır. Dövlət Statistika Komitəsi bu ilin 5 aylıq artımını təqdim edib. Belə ki, son 5 ayda 9,4% artım olub. Əgər bu tendensiyada davam edərsə, pensiyalar yanvarın 1-dən 9,4% artacaq.

Özəl sektorda maaş artımına məcburiyyət yoxdur. Bunu əmək bazarı müəyyənləşdirir. O ki qaldı minimum əmək haqqına, hansı ki ən son 2023-cü il yanvarın 1-i artırılıb. Bunun da 01.01.2025-ci ildə artırılacağı gözlənilir. Bunun üçün də Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinə noyabrın əvvəlinə qədər vaxt verilib. Düşünürəm ki, minimum əmək haqqına 10-15% artım olacaq. Bu dövlət sektoru üçün keçərlidir. Ancaq bir müddət sonra müəyyən qədər özəl sektorun minimum əmək haqqısına da təsir edəcək.

Ümumilikdə, maaş və pensiyalar yanvarın 1-dən artırılacaq və dəqiq rəqəmlər noyabrda məlum olacaq.”

Sizinxeber.az

Oxşar xəbərlər

Şad xəbər: Pensiyalar bu qədər artacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pensiyaçılara şad xəbər var: bu tarixdə artım olacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Yanvar ayının pensiya artımları nə zaman ödəniləcək? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Kimlərin təqaüdü 55 manat artacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Pensiyalar nə qədər artırılıb? - RƏSMİ [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər