ADY-də yeni sədr müavini təyin edilib
“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) yeni təyinat həyata keçirilib.
"Report"a ADY-dən verilən məlumata görə, Azərbaycan Prezidentinin 22 may 2025 tarixli sərəncamına əsasən, Nicat Tofiq oğlu Quliyev “Azərbaycan Dəmir Yolları” QSC sədrinin müavini vəzifəsinə təyin edilib.
Nicat Quliyev 1985-ci ildə anadan olub. 2005-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavriat və 2007-ci ildə magistratura pillələrini fərqlənmə ilə bitirib.
2009-cu ildən 2015-ci ilə qədər Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) və “Azəryolservis” ASC-də müxtəlif vəzifələrdə çalışıb.
2015-ci ildə “Azərbaycan Dəmir Yolları” QSC-də fəaliyyətə başlayıb, 2016–2025-ci illərdə Hüquq departamentinin müdiri və ADY sədrinin müşaviri vəzifələrini icra edib.
ADY-də çalışdığı müddətdə bir sıra layihələrə rəhbərlik edib. 2020-ci ildə ADY-nin “140 illik yubiley medalı” ilə təltif olunub.
Oxşar xəbərlər
ADY-də yeni təyinatlar olub
Zaur Hüseynov “Bakı Metropoliteni” QSC-nin sədri vəzifəsindən azad edilib, yeni təyinat olub
ADY-də növbəti təyinat olub
Ədliyyə nazirinə yeni müavinlər təyin olunub
ADY-nin Yük daşımaları departamentinə yeni rəhbər təyin olunub
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













