ADY-yə yeni şöbə müdiri təyin olundu » Sizinxeber.az - Azərbaycan Xəbərləri
Haqqımızda Reklam
ru
15 
yan
2026
20:04
0
0
15 158
ff aaaaaaa

ADY-yə yeni şöbə müdiri təyin olundu

15 yan, 2026
20:04
15 158

ADY-yə yeni şöbə müdiri təyin olundu

"Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinə yeni təyinat olub.

Sizinxeber.Az-ın məlumatına görə, bu barədə QSC sədri Rövşən Rüstəmov əmr imzalayıb.

Əmrə əsasən, Eldar Mehman oğlu Eyvazov Risklərin idarə edilməsi və daxili nəzarət departamentinin Risk inzibatçılığı şöbəsinin müdiri vəzifəsinə təyin olunub.

Xatırladaq ki, Eldar Eyvazov 1992-ci ildə anadan olub. O, 2013-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Maliyyə ixtisası üzrə bakalavr, 2016-cı ildə həmin universitetin Xidmət sferasında mühasibat uçotu və audit ixtisası üzrə magistr pillələrini bitirib.

O əmək fəaliyyətinə 2014-cü ildə "Azərbaycan Şəkər İB" MMC-də başlayıb, sonra "Azersun Holding", İxracın və İnvestisiyaların Təşviqi Agentliyi və "Paşa Sığorta" ASC kimi şirkətlərdə müxtəlif vəzifələrdə çalışıb.

Bizimlə əlaqə saxlayın

×
×
×
Telegram

Bizi Telegram-da izləyin!

Ən son xəbərlərdən ilk siz xəbərdar olun.

Qoşul