Avtomobilini avtobus dayanacağında saxlayan sürücülərə 2 bal yazılacaq
Azərbaycan qanunvericiliyinə edilmiş dəyişikliklərə əsasən ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançası və ya ictimai nəqliyyatın dayanacaq yeri yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanması və ya durması ilə əlaqədar 2 bal tətbiq olunur.
"Report" bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.
"Piyada təhlükəsizliyi və rahatlığının artırılması, mikromobillik vasitələrinin maneəsiz hərəkətininin təmin edilməsi məqsədilə ilk dəfə olaraq nəqliyyat vasitələrinin səkilərdə dayanmasına və ya durmasına görə 60 manat cərimə və 2 bal inzibati tənbeh tədbiri müəyyən edilir", - deyə məlumatda qeyd olunub.
Oxşar xəbərlər
AYNA: Avtomobilini avtobus dayanacağında saxlayan sürücülərə 2 bal yazılacaq
Azərbaycanda avtobus və velosiped zolağına daxil olanlar 100 manat cərimə ediləcək
Yolun hərəkət hissəsinin kənarında 2-ci və sonrakı cərgələrdə dayanan avtomobillərin sürücüləri cərimələnəcək
Yolun hərəkət hissəsinin ikinci və sonrakı cərgələrində dayanan avtomobillər cərimələnəcək
Avtomobillə velosiped yollarında hərəkət edənlər və dayananlar 100 manat cərimələnəcək
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













