Yolun hərəkət hissəsinin ikinci və sonrakı cərgələrində dayanan avtomobillər cərimələnəcək
Nəqliyyat sıxlığının azaldılması məqsədilə nəqliyyat vasitələrinin yolun hərəkət hissəsinin kənarında ikinci və sonrakı cərgələrdə dayanmasına və ya durmasına görə cərimə nəzərdə tutulub.
Bu barədə "Sizinxeber.az-Economics"ə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Cərimənin məbləği 80 manat müəyyən edilib. Bundan əlavə, həmin səbəbə görə cərimədən əlavə 2 bal inzibati tənbeh tədbiri də müəyyən edilir.
Eyni zamanda, sürücü tərəfindən parklanma üsulunun pozulması nəticəsində digər nəqliyyat vasitəsinin növbəti parklanma yerində parklanması qeyri-mümkün olduqda və ya digər nəqliyyat vasitələrinin hərəkətinə maneə yarandıqda 20 manat məbləğində cərimə nəzərdə tutulub.
Oxşar xəbərlər
Parklanma zamanı digər avtomobillərin hərəkətinə maneə yaradanlar cərimələnəcək
Avtomobillə velosiped yollarında hərəkət edənlər və dayananlar 100 manat cərimələnəcək
Enerji doldurulması üçün parklanma yerlərində qanunsuz dayanan avtomobillər cərimələnəcək
Ödəniş edilmədən parklanma yerinin tərk edilməsinə görə cərimə artırılıb
Sürücülük hüququ olmadan avtomobil idarə edilməsinə görə cərimələr artırılıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













