Azərbaycan İsraillə əmlak sahəsində birgə layihələrin icrasını müzakirə edib
sizinxeber.az xəbər saytı

Azərbaycan İsraillə əmlak sahəsində birgə layihələrin icrasını müzakirə edib


Azərbaycan və İsrail arasında əmlak sahəsində birgə layihələrin icrası müzakirə edilib.

"Sizinxeber.az" bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, qurumla İsrailin Torpaq Agentliyi arasında videokonfrans formatında görüş keçirilib. Görüşdə İsrailin torpaqların idarəolunması sahəsində təcrübəsi, qabaqcıl rəqəmsal kadastr sistemləri və bu sahədə tətbiq olunmuş yeniliklər təqdim olunub.

Tərəflər reyestr, kadastr, geodeziya və sahəvi istiqamətlərdə əməkdaşlığın genişləndirilməsi və birgə layihələrin həyata keçirilməsi imkanlarını müzakirə ediblər.

Oxşar xəbərlər

Azərbaycan Gürcüstanla şəhərsalmaya dair layihələrin icrasını müzakirə edib
KMG və SOCAR neft-qaz hasilatında birgə layihələrin icrasını müzakirə edib
Azərbaycan və Latviya arasında vergi sahəsində əməkdaşlıq müzakirə edilib
Azərbaycan Moldova ilə əmlak üzrə əməkdaşlıq perspektivlərini müzakirə edib
Azərbaycan və Rusiya daşınmaz əmlak sahəsində əməkdaşlığı genişləndirir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər