ADSEA: Şəki rayonu ərazisindən axan çaylar nəzarətdə saxlanılır
Şəkidə sel və daşqın sularından mühafizə tədbirlərini həyata keçirilməsi ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Şəki Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi tədbirlər həyata keçirir.
Bu barədə "Sizinxeber.az"un Şimal-qərb bürosuna ADSEA-dan məlumat verilib.
Bildirilib ki, rayon ərazisindən axan dağ çaylarında sel sularının yaşayış məntəqələrinə və əkin sahələrinə vura biləcəyi ziyanın qarşısını almaq üçün məcra tənzimləmə işləri görülür. Bununla yanaşı, Kiş kəndi və şəhər ərazisinin sel təhlükəsindən qorunması üçün Kiş çayının sol sahilində 2019-cu ildə 120 paqonmetr, 2020-ci ildə 313 paqonmetr, 2021-ci ildə 106 paqonmetr, 2023-cü ildə isə 577 paqonmetr olmaqla ümumilikdə 1 116 paqonmetr daş-beton bənd tikilib. Kiş çayının sağ sahilində isə 1 926 paqonmetr bənd inşa olunmaqla, ümumilikdə 3 044 paqonmetr mühafizə bəndi istifadəyə verilib. Eyni zamanda, Kiş çayının sol sahilində 455 paqonmetr mövcud daş-beton bənd üzlənib, 125 m³, Şin çayının sol sahilində isə 100 m³ həcmində qabion bənd inşa olunub, məlumatda deyilir.
"Rayon ərazisindən axan Quruçay, Şinçay və Daşağılçay çaylarında da seldən mühafizə tədbirləri həyata keçirilib. Quruçay çayında aparılan işlər nəticəsində Baş Göynük kəndi tam şəkildə sel təhlükəsindən qorunub. Hazırda Daşağılçay çayında yerləşən Dəhnə, Suçma, Dərəcənnət və Cəfərabad kəndlərini suvarma suyu ilə təmin edən Dəhnə kanalının mühafizəsi istiqamətində işlər davam etdirilir", - ADSEA bildirir.
Oxşar xəbərlər
Şəkidə suvarma mövsümü yekunlaşıb, dağ çaylarında mühafizə tədbirləri görülür
Ağdərə-Nəsirvaz filizləşmə sahəsində axtarış-kəşfiyyat quyusu qazılıb
Xaçmaz və Xudatda əhalinin içməli su ilə fasiləsiz təminatı üçün tədbirlər görülür
Xaçmaz və Xudat şəhərlərində əhali içməli su ilə təmin olunur
Göyçayda əkin sahələrinin suvarılması üçün kanallar təmizlənir
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda hərbi xidmətə çağırışla bağlı YENİLİK
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
Borcu olan şirkət nizamnamə kapitalını azaltdı
-
Bakı Metropolitenində işçilərin ixtisarına başlanılıb?
-
Maliyyə naziri: “Gələn il qeyri-neft-qaz sektorunda ciddi vergi artımı yoxdur”
-
Bu ölkənin viza qiyməti artdı












