AZAL bir sıra istiqamətlərdə uçuşların sayını artırır
May ayından etibarən Bakıdan Antalya, Trabzon, Astana, Milan və Kişineu istiqamətlərində uçuşların tezliyi artırılacaq.
Bu barədə "Sizinxeber.az-Economics"ə "Azərbaycan Hava Yolları" QSC-dən (AZAL) bildirilib.
Sərnişinlərə daha çox seçim təklif etmək məqsədilə Türkiyənin Antalya və Trabzon istiqamətlərində reyslərin sayı çoxaldılır. Belə ki, mayın 1-dən Antalya marşrutu üzrə 4 reys əlavə olunacaq və bu istiqamətdə uçuşlar hər gün yerinə yetiriləcək. Trabzon istiqamətində isə mayın 12-dən reyslərin sayı həftədə 5 dəfəyə çatdırılacaq.
Bundan əlavə, 12 may tarixindən etibarən Bakı–Astana–Bakı marşrutu üzrə daha bir reys əlavə olunacaq və həftəlik uçuşların sayı 4-ə yüksəldiləcək.
Yay uçuş cədvəli çərçivəsində AZAL tərəfindən Avropa şəhərlərinə həyata keçirilən reyslərin tezliyi də artırılır. Belə ki, 1 aprel tarixindən Bakı–Milan–Bakı marşrutu üzrə reyslər həftədə 6 dəfə həyata keçirilir, 13 may tarixindən etibarən isə bu istiqamətdə gündəlik uçuşlar yerinə yetiriləcək.
Artan tələbatı nəzərə alaraq 2025-ci ilin aprel ayından Bakı–Kişineu–Bakı marşrutu üzrə reyslərin sayı həftədə 5 dəfəyə çatdırılıb. Mayın əvvəlindən bu istiqamətdə uçuşlar həftədə 6 dəfə, 12 may tarixindən isə gündəlik həyata keçiriləcək.
Oxşar xəbərlər
Abşeron dairəvi dəmiryol marşrutu üzrə qatarların yeni qrafiki açıqlanıb - CƏDVƏL
ADY aprelin 1-dən şəhərətrafı istiqamətlər üzrə reyslərin sayını artırır: Xəttə yeni qatar buraxılacaq - YENİLƏNİB
ADY: Bakı-Xırdalan-Sumqayıt marşrutu üzrə reyslər artırılır
AZAL və Moldova nümayəndələri arasında görüş keçirilib
AZAL Bakıdan Təl-Əvivə və əks istiqamətdə reysləri dayandırıb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













