Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi qaydaları dəyişib
sizinxeber.az xəbər saytı

Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi qaydaları dəyişib


Nazirlər Kabineti Prezident İlham Əliyevin “Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” 17 noyabr 2023-cü il tarixli fərmanının icrası ilə əlaqədar bəzi qərarlarında dəyişiklik edib. 

"Report" xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb. 

Qərara əsasən, “Ətraf mühitin çirkləndirilməsinə görə ödənişlərin tətbiqi Qaydaları” yenilənib. Bundan sonra atmosfer havasına zərərli maddələrin atılmasına və tullantıların ətraf mühitdə yerləşdirilməsinə görə ödəniş normativlərini Ekologiya və Təbii Sərvətlər Nazirliyi, su obyektlərinə zərərli maddələrin axıdılmasına görə ödəniş normativlərini Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi tətbiq edəcək. 

Təbiətdən istifadəçilər üçün müvafiq müddətə çirkləndirici maddələrin ətraf mühitə atılmasının və tullantılarının yerləşdirilməsinin yol verilən həcmləri Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, su obyektlərinə çirkləndirici maddələrin axıdılmasının yol verilən həcmləri Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin qoyduğu limitlərlə müəyyənləşdirilir. 

Oxşar xəbərlər

Lənkəranda ətraf mühitin çirkləndirilməsinə görə son bir ayda 44 nəfər cərimələnib
Azərbaycanda doktoranturalar yaradılan elmi müəssisə və təşkilatların siyahısı dəyişib
Dövlət Su Ehtiyatları Agentliyi yerüstü su obyektlərinə təkbaşına nəzarət edəcək
Azərbaycanda “Dövlət büdcəsinin tərtibi və icrası Qaydaları” dəyişib
Azərbaycanda akvakultura təsərrüfatlarının ətraf mühitə təsiri qiymətləndiriləcək

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər