“Azərişıq” Naxçıvanda istehlakçıları elektrik enerjisi ilə təchiz edən məsul qurum olacaq
“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyət istiqamətləri genişləndirilib.
APA-nın xəbərinə görə, bu, Nazirlər Kabinetinin “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin Nizamnaməsinin və strukturunun təsdiq edilməsi barədə” qərarda etdiyi dəyişiklikdə əksini tapıb.
“Azərişıq” ASC Naxçıvan Muxtar Respublikasında da elektrik enerjisini satın almaqla istehlakçıların etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirəcək, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirəcək.
Qüvvədə olan qərara əsasən, Azərişıq” ASC-nin əsas məqsədləri Azərbaycan Respublikasının ərazisində (Naxçıvan Muxtar Respublikası istisna olmaqla) elektrik enerjisini satın almaqla istehlakçıları etibarlı, təhlükəsiz və səmərəli şəkildə elektrik enerjisi ilə təchizatını həyata keçirməkdən, bu sahədə yeni texnologiyaların tətbiqini, maddi-texniki bazanın müasirləşdirilməsini və ondan səmərəli istifadəni, habelə bu sahənin inkişafı ilə bağlı digər işləri yerinə yetirməkdən ibarət olub.
Oxşar xəbərlər
Naxçıvan MR Dövlət Energetika Agentliyi ləğv olunub, funksiyaları "Azərenerji" və "Azərişıq"a ötürüləcək - FƏRMAN
Naxçıvan Muxtar Respublikasında yeni istilik elektrik stansiyası tikiləcək
Prezident İlham Əliyev Kəlbəcərdə “İstisu” yarımstansiyasının açılışında iştirak edib - YENİLƏNİB
“Azərişıq” sədri Dubay Elektrik və Su İdarəsinin rəhbəri ilə görüşüb
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Şuşada "Etimadın bərpasında media diplomatiyası və media savadlılığının rolu" müzakirə edilib
-
Çində Kainatı öyrənmək üçün Ayı alətə çevirməyin yolunu tapıblar
-
ABŞ Hörmüzə nəzarəti ələ keçirə bilsə... - Savaşın əsl səbəbi
-
"TuranBank" biznesin maliyyələşdirilməsi məqsədilə beynəlxalq fondlardan yerli valyutada vəsait cəlb edib
-
Bu ölkə Azərbaycan vətəndaşlarını deport etdi
-
Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər - TAM MƏTN
