Heydər Əliyev Beynəlxalq Aeroportu yaz-yay uçuş cədvəlinə keçir
Bakı hava limanı 2024-cü ilin martın 31-dən oktyabrın 26-ı daxil olmaqla yay cədvəlinə keçir.
Bu barədə "Report"a Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Qeyd edilir ki, bu müddət ərzində Bakıdan 35 aviaşirkət tərəfindən 70-dən çox istiqamətə müntəzəm və çarter reysləri yerinə yetiriləcək. Rusiyanın bəzi şəhərləri, Mərkəzi Asiya, həmçinin Fars körfəzi ölkələrinə uçuşların tezliyi artırılıb. Mart ayından etibarən Paris, Praqa, Barselona, Vyana, Milan və London kimi Avropanın populyar istiqamətlərinə də reyslərin sayı artırılıb.
Bununla yanaşı, yeni beynəlxalq aviaşirkətlərin cəlb olunması gözlənilir ki, bu da sərnişinlərə daha çox səyahət seçimi təqdim edəcək.
Həmçinin, yaz-yay keçid dövrünə hazırlıq planı çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunda istehsalat fəaliyyətlərində və uçuşlarda təhlükəsizliyin təmin edilməsi istiqamətində kompleks tədbirlər həyata keçirilir.
Oxşar xəbərlər
AZAL Novruz bayramı ərəfəsində Avropaya uçuşların sayını artırır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakı aeroportuna gediş-gəliş sistemi tam yenidən qurulacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantı alacaq şəxslərin hansı xərcləri qarşılanacaq? [xfgiven_updateblue][/xfgiven_updateblue]
Heydər Əliyev adına Beynəlxalq Təhsil Qrantının hansı ölkə vətəndaşlarına veriləcəyi açıqlanıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbuldan Lahora uçan təyyarə Bakı hava limanına təcili eniş edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












