Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün söküntüsünə başlanılıb - VİDEO
sizinxeber.az xəbər saytı

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün söküntüsünə başlanılıb - VİDEO


Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına uyğun olaraq müvafiq işlərə başlanılıb.

Sizinxeber.az-Economics” xəbər verir ki, ilkin mərhələdə mövcud kommunikasiya xətlərinin köçürülməsi, köhnə körpünün sökülərək ərazinin təmizlənməsi, tikinti sahəsinin hazırlanması işləri yerinə yetirilir.

Qeyd edək ki, Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən və 1970-ci illərdə inşa edilmiş sözügedən körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri tərəfindən birlikdə baxış keçirilib və məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb.

Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib.

Nəqliyyatı Əlaqələndirmə Şurasında mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub.

Oxşar xəbərlər

Sumqayıt şəhəri və Saray qəsəbəsini birləşdirəcək dəmiryol xətti və körpünün tikintisi üçün vəsait ayrılıb
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü sökülür
Prezident Samur–Abşeron kanalı üzərində körpünün tikintisinə 10 milyon manata yaxın pul ayırıb
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün söküntüsünə başlanılıb
Saray qəsəbəsində qanunsuz tikili sökülüb - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle