Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün söküntüsünə başlanılıb
sizinxeber.az xəbər saytı

Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpünün söküntüsünə başlanılıb


Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq Sumqayıt şəhərini Abşeron rayonunun Saray qəsəbəsi ilə birləşdirən Məhəmməd Əsədov küçəsində dəmiryol xətti və Samur–Abşeron kanalı üzərində yerləşən yeni körpünün tikintisi haqqında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi müvafiq işlərə başlayıb.

"Report" bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, uzunluğu 100 metr, 6 aşırımdan ibarət yeni körpünün tikintisi üçün əraziyə lazımi sayda canlı qüvvə və texnika cəlb edilib.

İlkin mərhələdə mövcud kommunikasiya xətlərinin köçürülməsi, köhnə körpünün sökülərək ərazinin təmizlənməsi, tikinti sahəsinin hazırlanması işləri yerinə yetirilir.

1970-ci illərdə inşa edilmiş sözügedən körpü keçidinə aidiyyəti qurumların mütəxəssisləri birlikdə baxış keçirib və məsələ Nəqliyyatı Əlaqələndirmə Şurasında müzakirəyə çıxarılıb. Körpüdə aparılmış müayinə və sınaqların nəticəsinə əsasən, konstruksiyada yükgötürmə qabiliyyətini aşağı salacaq qüsurların mövcud olduğu və körpünün qəzalı vəziyyətdə olduğu aşkar edilib.

Şurada mütəxəssis rəyləri və müzakirələrin nəticəsi nəzərə alınaraq, körpünün sökülməsi və yerində yeni körpünün inşa edilməsi barədə qərar qəbul olunub. Qərara əsasən, mövcud körpünün sökülməsi və yeni körpünün inşası Agentliyə həvalə olunub.

Oxşar xəbərlər

Prezident Samur–Abşeron kanalı üzərində körpünün tikintisinə 10 milyon manata yaxın pul ayırıb
Sumqayıt şəhəri və Saray qəsəbəsini birləşdirəcək dəmiryol xətti və körpünün tikintisi üçün vəsait ayrılıb
Sumqayıtda körpünün sökülməsinə görə bəzi marşrut xətlərinin hərəkət sxemi dəyişdirilir
Sumqayıt şəhərini Saray qəsəbəsi ilə birləşdirən körpü sökülür
Sumqayıtda Saray körpüsü qəzalı vəziyyətdədir - VİDEO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər

Ən çox oxunanlar

Resim Yükle