Zəngilan şəhərində çirkab su kollektor xəttinin tikintisinin 83 %-i tamamlanıb
Zəngilan şəhərində 9 kilometrlik məsafədən çəkilən çirkab su kollektor xəttinin tikintisi işlərinin artıq 83 %-i tamamlanıb.
“Report” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) məlumat yayıb.
Bildirilir ki, Zəngilan şəhərinə hər birinin tutumu 4 000 kubmetr olmaqla 2 ədəd su anbarı inşa olunmaqdadır. Hazırda dəmir-beton işləri icra olunur.
ADSEA-nın məlumatına görə, bundan əlavə hər birinin tutumu 100 kubmetr olmaqla 2 ədəd su anbarı tikiləcək. Layihəyə əsasən yağış sularının idarə olunması üçün icrası nəzərdə tutulmuş bir kilometr yağış su xətti də çəkiləcək.
"Qarşıda duran perspektiv plana uyğun 9 ədəd subartezian quyusu, 1 ədəd nasosxananın inşası nəzərdə tutulub. Eyni zamanda 2 046 metr magistral su xəttindən 1 352 metri və artezianlararası 1 837 metr su xəttindən 1 143 metri inşa olunub", - məlumatda bildirilir.
Oxşar xəbərlər
Qarabağda su təsərrüfatı sahəsində görülən işlər açıqlanıb
Ağdamda 4 iritutumlu su anbarı tikilir
ADSEA: Cəbrayıl şəhərində tikilən ikinci su anbarında dəmir-beton işləri yekunlaşıb
Ağdamda iritutumlu 4 su anbarı tikilir - VİDEO
Cəlilabadda 17 yeni subartezian quyusu qazılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Əli Kərimlinin həbsi: AXCP bağlana bilər? - Cəlaloğlu
-
"İstədiyini et – bütün qanun bundan ibarətdir..." - Dünyanın ən qalmaqallı okkultist yazıçısı
-
Əli Kərimli tibbi müayinədən keçirilib - Təkadamlıq kamerada saxlanılır
-
Prezident: Azərbaycan Laos ilə əməkdaşlığın yeni məzmunla zənginləşməsinə xüsusi önəm verir
-
Novruz, Ramazan və Qurban bayramları günləri müəyyən edildi
-
"Avant Qrup" MTK-ya məxsus binada ev sahibi olan sakinlər 3 ildir ƏDV-lərini geri ala bilmirlər ŞİKAYƏT












