Azərbaycanın yeraltı və yerüstü suların istismar ehtiyatı 2028-ci ilədək müəyyən ediləcək
Azərbaycanda 2027-ci ilin sonuna qədər yeraltı və yerüstü suların istismar ehtiyatının müəyyən edilməsi planlaşdırılır.
"Report" xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin Sərəncamı ilə təsdiq olunan “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.
Bununla bağlı kompleks hidroloji və hidrogeoloji tədqiqatların aparılması, hidroloji, hidrogeoloji və meteoroloji monitorinq məntəqələrinin genişləndirilməsi və yenilənməsi nəzərdə tutulur.
Bildirilir ki, bu tədqiqatların nəticələri əsasında müvafiq layihə sənədləri hazırlanacaq və monitorinq məntəqələrinin sayı artırılaraq məlumatlar Elektron Su Təsərrüfatı və İnformasiya Sistemə (ESTİS) inteqrasiya ediləcək.
Azərbaycanda bərpa olunan şirin su ehtiyatları 26,2 milyard kubmetr təşkil edir. Bunun 8,4 milyard kubmetri yeraltı, 4,6 milyard kubmetri yerli çay axınları və 13,2 milyard kubmetri transsərhəd yerüstü sulardan ibarətdir.
Bərpa olunan şirin su ehtiyatlarının 17,8 milyard kubmetri (67,9 %-i) yerüstü sulardan formalaşır. Cənubi Qafqazın digər ölkələri ilə müqayisədə Azərbaycanın su ehtiyatları məhduddur və bütün regionun su ehtiyatlarının təxminən 15 %-ni təşkil edir. Azərbaycanda adambaşına düşən su ehtiyatı da qonşu ölkələrlə müqayisədə ən aşağı səviyyədədir.
Oxşar xəbərlər
Son 23 ildə Azərbaycanın bərpa olunan yerüstü şirin su ehtiyatları 24 % azalıb
Azərbaycanda elektron su atlası yaradılacaq
Azərbaycanda 2028-ci ilə qədər su ehtiyatları vahid sistemdən idarə olunacaq
Azərbaycanda "Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya" təsdiqlənəcək
Azərbaycanda 2028-ci ilə qədər qış otlaqlarının su təminatı 100 %-ə çatdırılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Mərkəzi Bank iki ödəniş təşkilatına icrası məcburi göstəriş verib
-
Qazaxıstan və Avropa tərəfdaşları süni intellekt, elm və kosmik texnologiyalarının inkişafını razılaşdırıblar
-
2040-cı ilə qədər Füzulidə 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
Ankarada terrorla mübarizə çərçivəsində 209 nəfər saxlanılıb
-
İnternet informasiya ehtiyatının fəaliyyətinin müvəqqəti məhdudlaşdırılacağı yeni hallar müəyyənləşir
-
DÇ-2026: İordaniya - Əlcəzair oyununda ilk hissə yekunlaşıb - YENİLƏNİR-2
