Bakıda bəzi ərazilərdə maşın saxlamaq qadağan edilib
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda bəzi ərazilərdə maşın saxlamağı qadağan edib.
"Report" bu barədə agentliyə istinadən xəbər verir.
Qurum bəyan edib ki, paytaxtda avtomobillərin sayı artdıqca maşını saxlamaq üçün yer tapmaq çətinləşir. Mövcud problemin həlli istiqamətində mütəmadi olaraq işlər görülür. Bu istiqamətdə İsmayıl bəy Qutqaşınlı küçəsində 29 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb.
Parklanma ilə bağlı Sabit Rəhman və Alı Mustafayev küçələrində də tədbirlər görülüb. Burada mövcüd parklanma məntəqələrində 3 ədəd məlumat lövhəsi yol nişanı quraşdırılıb.
Bəzi yollarda isə qanunsuz parklanmanın qarşısı alınıb. Belə ki, Məmməd Namazov, Kamal Rəhimov, Xəqan Dadaşov küçələri və Bilgəh-Pirallahı şosesində ("Amburan Mall") 9 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb.
Oxşar xəbərlər
Bakıda yeni parklanma məntəqələri salınır [xfgiven_updateblue][/xfgiven_updateblue]
Bakıdakı velosiped yollarında təhlükəsizlik sədləri yerləşdirilib [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA Bakıda küçə və prospektlərdə yeni xətləmə və nişanlama işləri aparıb [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: Yol hərəkətinin təşkilində innovativ yanaşma tətbiq edilir [xfgiven_updateblue][/xfgiven_updateblue]
AYNA: Qanunsuz parklanma xidməti göstərənlər həbs olunacaq [xfgiven_updateblue][/xfgiven_updateblue]
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
Azərbaycanda uşaqlar arasında YENİ XƏSTƏLİK yayılır
-
"Qarabağ" "Çelsi" ilə görüşdə baş verənlərlə bağlı BƏYANAT YAYDI
-
"Zeytun Park" MMC əmək müqaviləsi olmadan işçi çalışdırıb: Külli miqdarda CƏRİMƏLƏNDİ
-
Zavoddakı qəzada həlak olan Adil İsmayılov tanınmış hərbçi imiş
-
Türkiyədə həlak olan tanınmış azərbaycanlı jurnalist Emin İbrahimov dəfn edildi












