“Emirates” aviaşirkəti sərnişinlərə təyyarəyə peycer və radio aparatları götürməyi qadağan edib
“Emirates” aviaşirkəti sərnişinlərə peycer və radio aparatlarını təyyarəyə götürməyi və ya baqaja təhvil verməyi qadağan edib.
"Sizinxeber.az" xəbər verir ki, bu barədə şirkətin məlumatında deyilir.
"Dubaya, Dubaydan və ya Dubay üzərindən reyslərlə səyahət edən bütün sərnişinlərə əl yükü və ya baqajda peycer və radio aparatları daşımaq qadağan edilir. Əl baqajında və ya baqajda aşkarlanan bu cür əşyalar Dubay polisi tərəfindən müsadirə olunacaq", - məlumatda bildirilib.
Xatırladaq ki, sentyabrın 17-18-də Livanda rabitə qurğularının partlaması nəticəsində 37 nəfər ölüb, 3 mindən çox insan yaralanıb. “Hizbullah” və Livan baş verənlərə görə məsuliyyəti İsrailin üzərinə qoyub. İsrail hökuməti bununla bağlı hələ heç bir münasibət bildirməyib.
Oxşar xəbərlər
Livan peycer və ratsiya ilə uçuşlara qadağa qoyub
Livanda partlayışlarda ölənlərin sayı 25-ə çatıb
Hizbullah lideri: İsrail bütün qırmızı xətləri keçib, peycer partlayışları müharibə səbəbidir
KİV: İsrail partlayıcı maddələrlə təchiz olunan peycer istehsal edən saxta şirkət yaradıb
Həsən Nəsrullah İsrailin iki gündə peycer partlayışları ilə 5000-ə yaxın adamı öldürmək istədiyini bildirib
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













