Livanda partlayışlarda ölənlərin sayı 25-ə çatıb
sizinxeber.az xəbər saytı

Livanda partlayışlarda ölənlərin sayı 25-ə çatıb


Sentyabrın 18-də Livanda elektron cihazların partlaması nəticəsində ölənlərin sayı 25 nəfərə çatıb.

"Report" xəbər verir ki, bu barədə "Əl-Cəzirə" telekanalı Livanın səhiyyə naziri Firas Abyada istinadən məlumat yayıb.

Bundan əvvəl ölkə hakimiyyəti ötən gün baş verən partlayışlarda 20 nəfərin öldüyü barədə məlumat vermişdi.

Səhiyyə naziri əlavə edib ki, partlayışların ikinci dalğası zamanı xəsarət alanların sayı 708-ə çatıb.

Sentyabrın 17 və 18-də Livanda rabitə qurğularının partlaması nəticəsində 37 nəfər ölüb, 287 nəfərin vəziyyəti isə ağırdır.

Livanın Mülki Aviasiyasının baş direktoru elektron cihazların partladılmasından sonra sərnişinlərin təyyarələrə peycer və radio aparatları gətirməsini qadağan edən yeni göstəriş verib.

Livan partlayışlara görə İsrailin məsuliyyət daşıdığını bildirib.

Oxşar xəbərlər

Livanda rabitə cihazlarında partlayışlarda ölənlərin sayı 20 nəfərə çatıb, 460 yaralı var - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livanda rabitə cihazlarında yeni partlayışlar nəticəsində ölənlərin sayı 14 nəfərə çatıb, 450 yaralı var - YENİLƏNİB-2 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livanda rabitə cihazlarında yeni partlayışlar nəticəsində ölənlərin sayı 9 nəfərə çatıb, 300 yaralı var - YENİLƏNİB [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livanda peycerlərin detonasiyası nəticəsində ölənlərin sayı 11-ə çatıb, 400 nəfərin vəziyyəti ağırdır - YENİLƏNİB 5 [xfgiven_updateblue][/xfgiven_updateblue]
Livanda rabitə qurğularında baş verən partlayışlar nəticəsində ölənlərin sayı 14-ə çatıb - VİDEO - YENİLƏNİB-3 [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər