Yekaterinburq və Bakı arasında yeni aviareys açılacaq
sizinxeber.az xəbər saytı

Yekaterinburq və Bakı arasında yeni aviareys açılacaq


Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti yanvarın 13-dən Yekaterinburq və Bakı arasında birbaşa uçuşlara başlayacaq.

“Sizinxeber.az” xəbər verir ki, bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Bakı ilə Yekaterinburq arasında birbaşa uçuşlar həftədə üç dəfə - bazar ertəsi, cümə axşamı və şənbə günləri həyata keçiriləcək.

Hazırda Yekaterinburqdan Bakıya üç aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) və Rusiyanın “Red Winds” və “İrAero” aviaşirkətləri uçur.

Həmçinin yanvar ayından etibarən “Ural Hava Yolları” Rusiyanın paytaxtı və Yekaterinburqdan İstanbula birbaşa uçuşlar həyata keçirəcək.

Oxşar xəbərlər

İraq aviaşirkəti Bakı hava limanına uçuşlara başlayır [xfgiven_updateblue][/xfgiven_updateblue]
AZAL Bakıdan Naxçıvana və əks istiqamətdə bileti əvvəlcədən almağı tövsiyyə edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Çin Rusiya aviaşirkətinin reyslərini qəbul etməkdən imtina edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
İstanbuldan Lahora uçan təyyarə Bakı hava limanına təcili eniş edib [xfgiven_updateblue][/xfgiven_updateblue]
Rusiya şirkətləri Azərbaycana Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə 22 layihə təqdim edib [xfgiven_updateblue][/xfgiven_updateblue]

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər