Rusiya şirkətləri Azərbaycana Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə 22 layihə təqdim edib
Rusiya şirkətləri Azərbaycana Qarabağ və Şərqi Zəngəzurun bərpası üzrə 22 layihə təqdim edib.
Trend cümə günü xəbər verir ki, bunu Milli Məclisin deputatı Nizami Səfərov Azərbaycan və Rusiyanın əməkdaşlıq üzrə Parlamentlərarası Komissiyanın 20-ci iclasında deyib.
"Dekabrın 8-nə Rusiya şirkətlərinin 22 layihəsi Azərbaycan strukturlarında, o cümlədən Energetika Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və "Azərbaycan Dəmir Yolları" QSC tərəfindən nəzərdən keçirilməkdədir", - o deyə o vurğulayıb.
Bundan başqa, o 1995-2022-ci illər ərzində Rusiyanın Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarının həcminin təqribən 8 milyard ABŞ dolları olduğunu və bunun altı milyardının qeyri-neft sektoruna aid olduğunu qeyd edib.
"Azərbaycan isə öz növbəsində Rusiya iqtisadiyyatına 1 milyard dollardan çox investisiya yatırıb. Azərbaycanda Rusiyanın 1 742 kommersiya müəssisəsi fəaliyyət göstərir ki, bunların da 1 247-si aktiv iqtisadi fəaliyyətə malik şirkətlərdir", - deyə o, əlavə edib.
(Tərcümə: Rəna Əbdürəhmanova)
Oxşar xəbərlər
Azərbaycan Türkiyə iqtisadiyyatına 20 milyard dollara yaxın pul qoyub
İlham Əliyev: “Azərbaycana ümumi investisiyalar 300 milyard ABŞ dollarından çox olub”
Putinlə Lukaşenko bu tarixdə Soçidə görüşəcək
Dövlət başçısı: "Son 20 ildə Azərbaycan iqtisadiyyatına 310 milyard dollar sərmayə qoyulması ölkəmizdə münbit sərmayə iqliminin nəticəsidir"
Şarl Mişelin sözçüsündən Ağdam-Əsgəran marşrutunun açılmasına dair AÇIQLAMA
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













